Page 77 - antologiya - poeziya_175x250_Layout 1
P. 77
Ìèðçÿ ßëÿêáÿð Ñàáèð
Tacirlәrimiz Sonyalara bәnd olacaqmış –
Bәdbәxt Tükәzbanları neylәrdin, ilahi?!
Sübhanәkә, sübhanәkә, sübhanәkә, ya rәb!
Baxdıqca bu hikmәtlәrә heyran oluram hәp!..
***
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Qeyrәtimiz bәlli bütün millәtә!..
Biz qoca qafqazlı igid әrlәrik, 77
Cümlә hünәrmәndlәrik, nәrlәrik,
İş görәcәk yerdә söz әzbәrlәrik,
Aşiqik ancaq quru, boş söhbәtә,
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Çırmanarıq keçmәyә çay gәlmәmiş,
Başlayarıq qızmağa yay gәlmәmiş,
Söz verәrik indi – bir ay gәlmәmiş,
Asta qaçıb dürtülәrik xәlvәtә,
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Cümlә cәhan yatsa da, biz yatmarıq,
Qeyrәti-milliyyәmizi atmarıq,
Әhlimizi başqalara satmarıq,
Bir quruşa, bir pula, ya bir çetә,
Kim nә deyәr bizdә olan qeyrәtә?!
Bizdә görünmәz nә fәsadü nifaq,
İşlәmәdә bir-birimizdәn qoçaq,
Bax, budur islamı gәtirrik qabaq;
Boylәcә xidmәt olunur millәtә,
Kim nә deyәr bizdә olan qeyrәtә?!