Page 73 - antologiya - poeziya_175x250_Layout 1
P. 73

Ñåéèä ßçèì Øèðâàíè






                        ***

                        Zahida, ol sәnәmin zülfi-çәlipasına bax,
                        Aç bәsirәt gözüvü, nәrgisi-şәhlasına bax.

                        Ayeyi-xәmr oxuyur, nәfini inkar qılır,
                        Tutduğu felini gör, verdigi mәnasına bax.


                        Cәnnәtә getdi vә ya duzәxә mürdә, nә qәmin,
                        İrsinә dik gözüvü, külçәvü hәlvasına bax.


                        İstәyir cәnnәti zahid bu qәdәr hiylә ilә,
                        Әblәhin fikrini gör, dildә tәmәnnasına bax.                 73

                        Dili-divanә sevәr cantәk o zülfi-siyәhi,
                        Başının şurini gör, eşqdә sevdasına bax.

                        Sanma bu Seyyidi sәn әhli-Cәhәnnәm, vaiz,
                        Neylәyirsәn әmәlin, dildә tәmәnnasına bax.



                        ***


                        Dolanım başına ey nazlıca yarım, bәri bax,
                        İşvәli, qәmzәli, çәm-xәmli nigarım, bәri bax.

                        İşvә ağaz qılıb sәbrimi tarac etmә,
                        Getdi dildәn dәxi aramü qәrarım, bәri bax.


                        Xәm etmiş qamәtim әbrulәrinin qurbanı,
                        Zülfi-pürtabına qurban tәni-zarım, bәri bax.
   68   69   70   71   72   73   74   75   76   77   78