Page 537 - antologiya - poeziya_175x250_Layout 1
P. 537
Hÿmid Heris÷i
Cәlalәddin, bu işi görәn külәk
qәm tәrәzisinin çәki daşlarını da
yerindәn tәrpәdәcәk.
Hәr nә var idi,
o sәnә yar idi,
qapı da divar idi,
Xaneyi-hikmәtә
Şәmsin nuru gәlmәyincә….
Cәlalәddin, mәn sevgilimi yox,
sevgini sevirәm,
siz gedirsiz, mәn yol gedirәm,
Pәncәrәlәri eynәktәk taxmış evlәrdә
cahanın kor olduğunu sezirәm….
Mәn, 537
Mәn,
Mәn…
Ey mәnә bәnzәr insan
Bu alәm ağı qaranı özündә birlәşdirәn
qorxunc ağcaqayın idi,
bu çoxdan aydın idi,
göydәki ulduzları quru meyvә kimi
suya salmaq lazım idi,
bu çoxdan aydın idi…
Ey mәnәbәnzәr insan, sәn hardasan?
hardasa yaxındasan
pәrdәnin arxasındasan,
ürәyin darıxır,
әlindә kibrit qutusunu
oynatmaqdasan…
bu ucuz şorbaların buğundan tәrlәmiş
güzgülәrin üstündә
mәn barmağımla hansı sevgimin adını yazım?
bilmirәm ölüm,
yoxsa qalım.