Page 451 - antologiya - poeziya_175x250_Layout 1
P. 451

Taleh Hÿmid




               Unut da mәni


                Bir sevgi yaşatdıq bahardan qışa,
                Deyәsәn, tuş gәldik axı qarğışa.
                Dünәn küçәnizdә düşdüm yağışa,
                Tanıdı yağış da, bulud da mәni.

                Kimsә agah olar bu gizli sirdәn,
                Hәsrәtim oxunar üzündә birdәn.
                Görünә bilәrәm gözündә birdәn,
                İslat göz yaşında, qurut da mәni.


                Yoxdu halımıza yanan kәsimiz,
                Çәtin bir dә dinә sınan sәsimiz,                                    451
                Bir kövrәk xatirә olsun bәsimiz,
                Xatırla da mәni, unut da mәni...




               Sәnә mәktublar yazıram

               Sәnә mәktublar
                              yazıram
               Qumlar ustündә.
               İndicә dalğalar
                              yuyacaq onu,
               Orda nә yazmışam
               bilmәyәcәksәn.
               Sәn o mәktubların pintiliyinә,
               Әzgin vәrәqlәrә
               Gülmәyәcәksәn.
               Bilsәn nә qәdәr
                qәribsәyirәm,
               Çoxdan itib-batan cığır, iz üçün.
               Bir vaxt uzaqlarda,
               Qalacaq o iz,
               İllәr saxlayacaq
               O naxışları.
   446   447   448   449   450   451   452   453   454   455   456