Page 41 - antologiya - poeziya_175x250_Layout 1
P. 41

Ìîëëà Âÿëè Âèäàäè












                             ***


                             Ey mәni qınayan, ağlama deyib,
                             Ağlar yarı gedәn bәs ağlamazmı?
                             İllәr ilәn hәmdәmindәn ayrılıb,
                             Xoş nigarı gedәn bәs ağlamazmı?


                             Olmaya yanında yarı, cananı,
                             Puça çıxıb gedә ömri-cavanı,                           41
                             Günbәgün әksilib sövkәti, şanı
                             İxtiyarı gedәn bәs ağlamazmı?


                             Bәxti çönüb, çünki zәmanә dönüb,
                             Şadü xürrәm işi fәğanә dönüb,
                             Ömrünün gülzarı xәzanә dönüb,
                             Novbaharı gedәn bәs ağlamazmı?

                             Әrz elәrәm sәn xasların xasına,
                             Sәbr elәyim mәn bu dәrdin hasına,
                             Göz yollarda, can gedincә ta sinә
                             İntizarı gedәn bәs ağlamazmı?

                             Vidadi xәstәni gәl indi tanı,
                             Hanı o sәn görәn şәklü nişanı?
                             Rәngü, rüyi, cismi, taqәti, canı,
                             Külli-varı gedәn bәs ağlamazmı?
   36   37   38   39   40   41   42   43   44   45   46