Page 36 - antologiya - poeziya_175x250_Layout 1
P. 36

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû







                        Eşq sәrgәştәsiyәm, seyli-sirişk içrә yerim,
                        Bir hübabәm ki, hәvadәn doludur pirәhәnim.

                        Bülbüli-qәmzәdәyәm, bağü bәharım sәnsәn,
                        Dәhәnü qәddü rüxün qönçәvü sәrvü sәmәnim.


                        Edәmәn tәrk, Füzuli, sәri-kuyin yarın,
                        Vәtәnimdir, vәtәnimdir, vәtәnimdir, vәtәnim!




                        * * *
              36
                        Pәrişan xәlqi-alәm ahu әfğan etdigimdәndir,
                        Pәrişan olduğum xәlqi pәrişan etdigimdәndir.

                        Tәni-zarimdә dәrdi-eşq gün-gündәn füzun olmaq,
                        Yetәn bidәrd tәdbirilә dәrman etdigimdәndir.


                        Gözüm kim bağrımın qanın tökәr pәrkalә-pәrkalә,
                        Dәmadәm arizuyi-lәli-canan etdigimdәndir.


                        Degil bihudә gәr yağsa fәlәkdәn başimә daşlar,
                        Binası tişeyi-ahimlә viran etdigimdәndir.

                        Qaçan rüsva olurdum, qan udub sәbr edә bilseydim,
                        Mәlamәt çәkdiyim bihudә әfqan etdigimdәndir.

                        Xәta sәndәn degil, cismim oxundan binәsib olsa,
                        Hübabi-әşki-külgün içrә pünhan etdigimdәndir.


                        Füzuli, ixtilati-mәrdümi alәmdәn ikrahim,
                        Pәrivәşlәr xәyalın munisi-can etdigimdәndir.
   31   32   33   34   35   36   37   38   39   40   41