Page 38 - antologiya - poeziya_175x250_Layout 1
P. 38

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû







                        Tiri-qәmzәn atma kim, bağrım dәlәr, qanım tökәr,
                        İqdi-zülfün açma kim, aşüftәhal eylәr mәni.

                        Dәhr vәqf etmiş mәni növrәs cәvanlar eşqinә,
                        Hәr yetәn mәhvәş әsiri-xәttü xal eylәr mәni.

                        Ey Füzuli, qılmazam tәrki-tәriqi-eşq kim,
                        Bu fәzilәt daxili-әhli-kәmal eylәr mәni.



                        * * *
              38
                        Öylә sәrmәstәm ki, idrak etmәzәm dünya nәdir,
                        Mәn kimәm, saqi olan kimdir, meyü sәhba nәdir?

                        Gәrçi canandan dili-şeyda üçün kam istәrәm,
                        Sorsa canan bilmәzәm kami-dili-şeyda nәdir?

                        Vәsldәn çün aşiqi müstәğni eylәr bir vüsal,
                        Aşiqә mәşuqәdәn hәrdәm bu istiğna nәdir?

                        Hikmәti-dünyavü mafiha bilәn arif deyil,
                        Arif oldur bilmәyә dünyavü mafiha nәdir.

                        Ahü fәryadın, Füzuli, incidibdir alәmi,
                        Gәr bәlayi-eşq ilә xoşnud isәn, qovğa nәdir?





                        * * *


                        Can vermә qәmi-eşqә ki, eşq afәti-candır,
                        Eşq afәti-can olduğu mәşhuri-cahandır!


                        Sud istәmә sevdayi-qәmi-eşqdә hәrgiz,
                        Kim, hasili-sevdayi-qәmi-eşq ziyandır!
   33   34   35   36   37   38   39   40   41   42   43