Page 266 - antologiya - poeziya_175x250_Layout 1
P. 266
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Oğulları Kür gәzdirәr bilәklәrindә,
Oğulların göz atәşi gözәl әridir.
Azәrbaycan sәhәrinin bәbәklәrindә
Qütb ulduzu, dan ulduzu gözәllәridir.
Tariximә qara xәtli hicri, miladı
Qılıncların qan ağzıyla yazılmadımı?!
Babaların boz çöllәrә bәnzәr muradı
Qızıl bayraq dalğasından yaz almadımı?!
İllәr olub – kürrәlәrdә dәmir olmuşuq.
Sәrhәdlәrdә dayanmışıq külәkdәn ayıq.
266 Od gölündә, buz çölündә gәmi olmuşuq,
Biz Bakının ilk sәadәt carçılarıyıq.
Min illәrlә zülmәtlәrә yollar açıqdı,
Dalğalandı Sabirlәrin ümman dünyası,
Azәrbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şәrqin duman dünyası.
Azәrbaycan – mayası nur, qayәsi nur ki...
Hәr daşından alov dilli ox ola bilәr.
“Azәrbaycan!” deyilәndә ayağa dur ki,
Ana yurdun ürәyinә toxuna bilәr.
Әlvida, dağlar
Bәlkә, bu yerlәrә bir dә gәlmәdim,
Duman, salamat qal, dağ, salamat qal!
Dalımca su sәpir yoxsa, buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çәndә,
Nәrgizlәr saraldı şehli çәmәndә.
Ey, qaragöz pәri, dalımca sәn dә
Boylan, salamat qal, bax, salamat qal!