Page 265 - antologiya - poeziya_175x250_Layout 1
P. 265

Mÿmmÿd Araz


               Sәn olmadın, Azәrbaycan!
               Sәni sәndәn alıb belә
               Yüz illәrlә uyutdular.
               Sәni sәndә әlәdilәr,
               Sәni sәndә üyütdülәr.
               Dibәk oldun öz duzunla,
               öz daşınla.
               Ögey oldun
               doğma, әkiz qardaşmla –
               Mәndәn ötdü deyәnlәrin qeyrәtindәn,
               Namusunu yeyәnlәrin qeyrәtindәn!
               Mәndәn ötdü…
               Mәndәn ötdü!
               Ey daşlaşan, torpaqlaşan,                                            265
               ulu babam!
               Bu günümdәn dünәnimә uzaqlaşan
               ulu babam!
               Ayağa dur!
               Dәfn etdiyin mәsәlinin
               Baş daşına
               Bir tәәssüf xatirәsi yazıb, yondur:
               Sәndәn ötәn mәnә dәydi,
               Mәndәn ötәn sәnә dәydi.
               Sәndәn, mәndәn ötәn zәrbә
               Vәtәn, Vәtәn, sәnә dәydi.



                Azәrbaycan – dünyam mәnim


               Azәrbaycan – qayalarda bitәn bir çiçәk,
               Azәrbaycan – çiçәklәrin içindә qaya.
               Mәnim könlüm bu torpağı vәsf elәyәrәk,
               Azәrbaycan dünyasından baxar dünyaya.

               Azәrbaycan – mayası nur, qayәsi nur ki...
               Hәr daşından alov dilli ox ola bilәr.
               “Azәrbaycan!” deyilәndә ayağa dur ki,
               Füzulinin ürәyinә toxuna bilәr.
   260   261   262   263   264   265   266   267   268   269   270