Page 26 - antologiya - poeziya_175x250_Layout 1
P. 26

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        ***

                        Mәndә sığar iki cahan, mәn bu cahana sığmazam!
                        Gövhәri-lamәkan mәnәm, kövnü mәkanә sığmazam!


                        Әrş ilә fәrşü kafü nun, mәndә bulundu cümlә çün,
                        Kәs sözünü vә әbsәm ol, şәrhü bәyanә sığmazam.


                        Kövnü mәkandır ayәtim, zatınadır bidayәtim,
                        Sәn bu nişan ilә mәni, bil ki, nişanә sığmazam.

                        Kimsә gümanü zәnn ilә olmadı hәqq ilә biliş,

              26        Hәqqi bilәn bilir ki, mәn, zәnnü gümanә sığmazam.

                        Surәtә baxü mәniyi surәt içindә tanı kim,
                        Cismilә can mәnәm, vәli, cism ilә canә sığmazam.

                        Hәm sәdәfәm, hәm inciyәm, hәşrü sirat әsinciyәm,
                        Bunca qümaşü rәxt ilә mәn bu dükanә sığmazam.


                        Gәnci-nihan mәnәm, mәn uş, eyni-әyan mәnәm, mәn uş,
                        Gövhәri-kan mәnәm, mәn uş, bәhrәvü kanә sığmazam.


                        Gәrçi-mühiti-әzәmәm, adım Adәmdir, adәmәm,
                        Tur ilә kün-fәkan mәnәm, mәn bu mәkanә sığmazam.

                        Can ilә hәm cahan mәnәm, dәhr ilә hәm zaman mәnәm,
                        Gör bu lәtifәyi ki, mәn, dәhrü zәmanә sığmazam.


                        Әncüm ilә fәlәk mәnәm, vәhy ilә hәm mәlәk mәnәm,
                        Çәk dilinivü әbsәm ol, mәn bu lisanә sığmazam.

                        Zәrrә mәnәm, günәş mәnәm, çarilә pәncü şeş mәnәm,
                        Surәti gör bәyan ilә, çünki bәyanә sığmazam.
   21   22   23   24   25   26   27   28   29   30   31