Page 25 - antologiya - poeziya_175x250_Layout 1
P. 25
Ñåéèä Èìàdÿääèí Íÿñèìè
***
Üzünü mәndәn nihan etmәk dilәrsәn, etmәgil,
Gözlәrim yaşın rәvan etmәk dilәrsәn, etmәgil.
Canımı vәslin şәrabından ayırdım, ey sәnәm,
Eynimi gövhәrfәşan etmәk dilәrsәn, etmәgil.
Qaşların qövsündә müjganın xәdәngin gizlәyib,
Gözlәri mәstanә, qan etmәk dilәrsәn, etmәgil.
Qoymuşam eşqindә mәn kövnü mәkanın varını,
Can nәdir kim, qәsdi-can etmәk dilәrsәn, etmәgil. 25
Yandırırsan könlümü eşqindә, mәlum oldu kim,
Anı rüsvayi-cahan etmәk dilәrsәn, etmәgil.
Hәr qәzanın oxuna qıldın nişanә sәn mәni,
Ol nişanı binişan etmәk dilәrsәn, etmәgil.
Bәrgi-nәsrin üzrә müşkin zülfünü sәn dağıdıb,
Aşiqi bixaniman etmәk dilәrsәn, etmәgil.
Bürqәi üzündәn açarsan, mәgәr namәhrәmә,
Gizli әsrarı әyan etmәk dilәrsәn, etmәgil.
Çünki eşqin mәskәnidir könlümün viranәsi,
Hәsrәtә anı mәkan etmәk dilәrsәn, etmәgil.
Doğruyam eşqindә oxtәk, gözlәrin tanıq durur,
Qәddimi niçün kәman etmәk dilәrsәn, etmәgil.
Çün yәqin bildi Nәsimi ağzının var olduğun,
Ol yәqini sәn güman etmәk dilәrsәn, etmәgil.