Page 203 - antologiya - poeziya_175x250_Layout 1
P. 203

Bÿxtiyar Vahabzadÿ






                      Özünü görmәyәn görmәz özgәni,
                      Sözünü anlamaz, özünü bilmәz.
                      Özünü bilmәyәn bilmәz kimsәni,
                      Әyriyә әyilәr, düzә әyilmәz.
                      Şahidin, vәkilin, hakimin dә sәn,
                      Qaçmaq mümkünmüdür bu mәhkәmәdәn?




                      Ürәk


                      Ürәk odur daim yana,
                      Od püskürә alovlana.                                          203
                      Od vermirsә qәlbә, cana,
                      Demәk,o, heç ürәk deyil.
                      O, heç mәnә gәrәk deyil.


                      Әgәr ki, sevinib gülmür,
                      Döyüntüsün heç kim bilmir,
                      Çırpıntısı eşidilmir,
                      Demәk, o, heç ürәk deyil.
                      O, heç mәnә gәrәk deyil.


                      Vәtәniyçün lazım gәlsә
                      Polad kimi gәrilmәsә,
                      Torpağına sәrilmәsә,
                      Demәk, o, heç ürәk deyil.
                      O, heç mәnә gәrәk deyil.

                      Neylәyirәm o ürәyi –
                      Yox arzusu, bir dilәyi!?
                      Bacarmırsa o sevmәyi,
                      Demәk, o, heç ürәk deyil.
                      O, heç mәnә gәrәk deyil!
   198   199   200   201   202   203   204   205   206   207   208