Page 202 - antologiya - poeziya_175x250_Layout 1
P. 202

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                              Onun hәr güşәsi bir xatirә, bir canlı kitab,
                              Keçilәn yolları hәrdәn bizә andırdı muğam.


                              Su çilәr kinli ürәklәrdә qәzәb tonqalına,
                              Neçә qәsdin önünü kәsdi, dayandırdı muğam.

                              O, ürәk yanğısı, göz yaşları, bir çәngә bulud,
                              Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.


                              Dәfn edin siz mәni Zabul segahın mayәsinә,
                              Deyirәm, bәlkә, mәni bir gün oyandırdı muğam.


                              Çox kitablar oxudum, zәnn elәdim, bәxtiyaram,
             202
                              Mәnә çox mәtlәbi ahәstәcә qandırdı muğam.



                                   Vicdan şahidliyi


                              Hәrdәn әzab satar, qәm alar mәni,
                              Mәnim bu dünyada çox xatam olub.
                              Sәhvlәr, qüsurlar, xatalar mәni
                              Yenidәn yaradan öz atam olub.
                              Xatalar üstündә boy atmışam mәn,
                              Özümü yenidәn yaratmışam mәn.

                              Sәhvimә, xatama hamıdan qabaq
                              Şahid dә, hakim dә vicdandır ancaq.
                              Belә bir mәqamda vәkil lal olur,
                              Haqq kәsir, yalansa payimal olur.
                              Şahidim, vәkilim, hakimim dә mәn,
                              Qaçmaq mümkünmüdür bu mәhkәmәdәn?


                              Vicdan şahidliyi! Könüllü dustaq!
                              Özündәn könüllü intiqam almaq!
                              Vicdan şahidliyi! Bir hökmdartәk
                              Özünә çәkdiyin öz sinә dağın.
                              Vicdan şahidliyi! Özünü görmәk,
                              Özünün özünә tәslim olmağın.
   197   198   199   200   201   202   203   204   205   206   207