Page 110 - antologiya - poeziya_175x250_Layout 1
P. 110

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû



                        Yar olsa mәnimlә mәnә biganә nә eylәr?
                        Uçmaz elә bir xanә ki, memarı gözәldir.

                        Mәn istәdiyimçün o gülü qeyri dә sevdi,
                        Qiymәtli o şeydir ki, xiridarı gözәldir.

                        Vahid, mәnә insaf elә, sima ilә baxma,
                        Әhsәn elә bir şairә әşarı gözәldir.



                        ***
                        Sәn әgәr olmasan, ey gül, mәnә canan kim olar?
                        O xumar gözlәrinә valehü heyran kim olar?
             110
                        Sevir alәm sәni bir gözlәrinin xatirinә,
                        Yoxsa tәk zülfün üçün bunca pәrişan kim olar?


                        Gir gülüstanә sevinsin, oxusun bülbüllәr,
                        Gül bahar mövsimi görsәnmәsә, xәndan kim olar?

                        İncidib salma nәzәrdәn düşәn aşiqlәrini,
                        Әhli-eşq olmasa, kuyindә nigahban kim olar?

                        Zövqi-vәslinlә әgәr mәn dә fәğan eylәmәsәm,
                        Hüsnünün gülşәninә bülbüli-nalan kim olar?

                        Çox demişlәr sәnә, cövr eylәmә biçarәlәrә,
                        Aqibәtdә görәk, ey şux, peşiman kim olar?


                        Ölmәmişkәn, gözәlim, Vahidә qiymәt verir el,
                        O da getsә, vәtәnә, xәlqә qәzәlxan kim olar?



                        ***

                        İlahi, gizli deyildir sәnә sәdaqәtimiz,
                        Ürәkdә daimi bu eşqimiz, mәhәbbәtimiz.

                        Bizim bu dostluğu, ya rәb, özün başaycan elә,
                        Ölәn zәmanә kimi olmaya әdavәtimiz.
   105   106   107   108   109   110   111   112   113   114   115