Page 108 - antologiya - poeziya_175x250_Layout 1
P. 108
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
***
Gәlmәsә üstümә yarım mәn ölәndәn sonra,
Tutmaz aram mәzarım, mәn ölәndәn sonra.
Hansı gülçöhrәni mәşhuri-cahan eylәmәdim,
Qoy desin şanlı diyarım, mәn ölәndәn sonra.
Gördüyüm hәr gözәli şövq ilә tәsvir elәdim,
Sәn dә xatırla, nigarım, mәn ölәndәn sonra.
Vәtәnә, xalqa çalışdım әbәdi xidmәt edәm,
Solmasın bağü-baharım, mәn ölәndәn sonra.
Aşiqәm sәnәtә, şerә vә gözәl musiqiyә,
108 Dillәn ey sevgili tarım, mәn ölәndәn sonra.
Vahidәm, qaldı sözüm dәhrdә bir dürr kimi,
Yaşayar eldә şüarım, mәn ölәndәn sonra.
***
Bayram yeli әsdi, gülüzarım tәzәlәndi,
Şadlıq gәtirәn xәlqә baharım tәzәlәndi.
Hәr il bu günü bayram edir xәlqimiz azad,
Tarixlәrә sәbt oldu vüqarım, tәzәlәndi.
Gülşәndә açıb gül, eylәyir alәmi xoşhal,
Eşq әhlinә xoş nәğmәli tarım tәzәlәndi.
Qızlar bürünüb al qumaşa işvә-naz ilә,
Könlüm sevәn aşiq deyә yarım tәzәlәndi.
Ellәr geyinәr fәxri libasın belә gündә,
Nәfsin düzülәn nәqşi-nigarım tәzәlәndi.
Vahid yazacaq mәmlәkәtә, millәtә tәbrik,
İl döndü, fәlәk döndü, diyarım tәzәlәndi.