Page 303 - antologiya - poeziya_175x250_Layout 1
P. 303

Mÿmmÿd Aslan




                         Belә xor baxmazdı bәndә Allaha:
                         Ulduzlar daş kimi qorxuram yağa...
                         Bu ormanda palıd bitmәz bir daha:
                         Hindilәr tumunu uda ki, belә!..

                         Bu mövzu ağlıma gәldi ha sondan;
                         Dadanmışdım: qoşma yazam asandan.
                         Sonunu gözlәmә Mәmmәd Aslandan!..
                         Yetәr bu qәdәri!... Bu da ki: Belә!!!



                             Qayadan qumacan

                                                                                    303
                         Dağın ayağından asılar daşlar;
                         Belә mәnzil kәsәr daş ağır-ağır...
                         Tükәnmәk bilmәz ki, çılğın savaşlar;
                         Daşlaşmış canlardan kövrәklik yağır.


                         Soyumun daşını döşümә döydüm,
                         Döyә bilmәdimsә, kimә nә borcu?!
                         Qayaya kök atıb, daşda böyüdüm;
                         Daş-daşla qovuşsa, daş qala bürcü!

                         Çiyninә baş әysәk bir-birimizin;
                         O daş yastıq olar, baş yarmaz daha!
                         Boğmaz işığını gecә gündüzün;
                         Sağ-salamat çıxar axşam sabaha!..

                         Bir soy ki bir daşa baş qoysa әgәr,
                         O daş millәt üçün sәcdәgah olar!
                         Kök özünü sevsә, Haqq onu sevәr!
                         Bir soyun ayarı tam agah olar.


                         Qaya sәdası var başın yasında:
                         Baş, daşın üstündә heykәlә dönәr!
                         Orxon-Yeniseyin daş-qayasında,
                         Hәlә Türklüyümün nәbzi döyünәr.
   298   299   300   301   302   303   304   305   306   307   308