Page 6 - "Xəzər"
P. 6
Tomas Mann Tərcümə: İlqar Əlfi

6 Qustav Aşenbax, yaxud əlli yaşı
2016 tamam olan gündən bəri rəsmən
çağırıldığı kimi desək, fon Aşenbax
Tomas Mann. Venesiyada ölüm qitəmiz üçün ağır gəlmiş 19... ilin ilıq yaz trassedə, nə Ferinq şosesində bircə ekipaj
axşamı Münhenin Prinsregenştrassedəki mən- belə gözə dəymirdi. Satış üçün nəzərdə
zilindən çıxdı və tək-tənha uzaq bir gəzintiyə tutulmuş xaçların, sinə daşlarının və məzarüstü
yollandı. Gün ərzində gördüyü işlərdən (ağır, abidələrin sanki hələ sakinləri olmayan daha
təhlükəli və ondan məhz elə indi maksimum bir qəbiristan əmələ gətirdiyi, üzbəüzündəki,
diqqət, ehtiyat, hadisələrə nüfuz və iradə bitməkdə olan günün son işartıları içində
dəqiqliyi tələb edən) həvəslənərək, batinindəki Bizans üslublu zəng qülləsinin lal silueti
yaradıcılıq mexanizmini, Siseronun təbirincə görünən daşyonma emalatxanalarının hasarla-
desək, həqiqi bəlağətin mahiyyəti ehtiva edən rından o üzdə belə, gözlərinə tərpənən hec
həmin o “totus animi continuus”u1, hətta na-
hardan sonra belə, dayandırmaq gücündə ol-
mayan yazıçıya vücudundakı getdikcə artan
gücsüzlükdən dolayı indi daha çox lazım olan
nicatgətirici gündüz yuxusu da yaxın gəlmirdi
ki, gəlmirdi. Beləliklə, çay içəndən sonra, təmiz
havada piyada gəzməyin ovqatını yüksəldə-
cəyi, ona işgüzar bir axşam bəxş edəcəyi ümidi
ilə gəzintiyə yollandı.
Mayın əvvəlləriydi və uzun həftələrdən
sonra aldadıcı istisi olan bir yay havası bərqərar
olmuşdu. Ağacları incə, tər yarpaqlara təzəcə
bələnmiş İngilis bağında lap avqust ayıymış
kimi, bir boğanaq vardı və onun şəhərə birləşən
hissəsi ekipajlarla, piyadalarla doluydu.
Nisbətən sakit və xəlvət cığırların gəlib çıxdığı
“Aumeyster” restoranında Aşenbax çəpəri
yanında neçə karetanın və sərnişin arabasının
durduğu bağdakı səsli-küylü camaata bir-iki
dəqiqə baxdı və batan günəşin şüaları altında
geriyə yollandı – lakin yolunu bu dəfə parkdan
yox, yorulduğunu hiss edib düzəngahdan
saldı. Tərs kimi, Ferinqin üzərində də qara
buludlar sıxlaşmaqdaydı. Qərara aldı ki, Şimal
qəbiristanı yaxınlığında birbaşa şəhərə gedən
tramvaya minsin.
Qəribə təsadüfdən nə dayanacaqda, nə
də onun həndəvərində bir ins-cins yox idi. Nə
parıldayan relsləri daş döşənmiş küçəylə
Şvabinq istiqamətinə uzanan Unqarerş-

1totus animi continuus – ruhun fasiləsiz hərəkəti (lat.)
   1   2   3   4   5   6   7   8   9   10   11