Page 5 - "Xəzər"
P. 5
inariyadan aralı düşən Vudi özünü aqnostik sayırdı. İdiş dilində qəzet oxuya-
oxuya dinə tapınan (qəzetlərdən nə götürmək mümkün idisə, götürmüşdü) atası
Vudinin boynuna qoymuşdu ki, onu yəhudi qəbirstanlığında dəfn eləsin. İndi həmin
məzarlıqda uyuyur. Özü də üzləyicilərin qurultayında iştirak etmək üçün
Qanoluloya getmiş Vudinin oradan alıb gətirdiyi havay köynəyində. Vudi atasının
cəsədini dəfnə hazırlamağı ruhanilərə etibar etməmişdi – morqa gəlib, köynəyi ona
öz əliylə geyindirmişdi. Odur ki, qoca o biri dünyaya Ben Qurion sayağı, tezliklə
çürüyəsi, davamsız, sadə tabutda getdi.

Vudi məzarın kənarına gəldi, pencəyini çıxarıb səliqəylə qatladı, sonra
qollarını çirmədi. Çil basmış qüvvətli əzələləri göründü. O, əlini yelləyib, məzarın
yanını kəsdirmiş traktoru uzaqlaşdırdı və beli əlinə aldı. Onun enli sifəti holland
evciyini xatırladırdı: aşağıdan yuxarıya nazilirdi. Vudi güc verdikcə muncuq kimi
düzülmüş xırda dişlərilə üst dodağını dişləyirdi. Beləcə, atasına son borcunu da
ödəmiş oldu. O, yaxşı fiziki formadaydı, buna baxmayaraq, sifəti qıpqırmızı
olmuşdu. Ancaq bu, görünür, fiziki işdən yox, hisslərin çoxluğundandı. Vudi dəfn
mərasimindən sonra Qalina və onun oğluyla birlikdə evə yollandı. Qalinanın oğlu
Mitoş da anası kimi alicənab, vicdanlı bir polyak idi, üstəlik, istedadlıydı. O, xokkey
və basketbol oyunları zamanı stadionda orqan çalmaqla keçinirdi. Burada orqan
çalmaq asan məsələ deyildi – azacıq yan çaldın, pərdəyə düşmədinsə, vay halına,
mitilini çölə ata bilərdilər. Vudi Mitoşla birgə iki-üç stəkan araqla atasının xatirəsini
yad edib, qarını ovundurmağa, ona təskinlik verməyə başladı. Mərd, alicənab Qalina
həmişə Morrisin təəssübünü çəkmiş, ona arxa-dayaq olmuşdu.

Həftənin qalan günləri Vudi başını qaşımağa vaxt tapmadı: bir yandan ailə,
o biri yandan iş. O, tək yaşayırdı, arvadı və aşnası da, hərəsi öz evində, tək qalırdılar.
On beş il əvvəl ayrılmalarına baxmayaraq, arvadı hələ də öz başının hayına qalmağı
bacarmırdı, odur ki, Vudi hər cümə günü ərzaq alıb, onun soyuducusunu doldururdu.
Bu həftə onu özüylə aparıb, ayaqqabı almalıydı. Cümə axşamlarını isə, həmişə öz
arvadı ilə keçirirdi. Şənbə günlərində bir həftəlik alış-veriş eləyib, axşamları anası
və bacıları ilə olurdu. Beləcə, öz hissləri ilə baş-başa qalmağa macal tapmırdı. Yalnız
hərdənbir öz-özünə deyirdi: “Bu gün onun ölümündən sonra birinci cümə
   1   2   3   4   5   6   7   8   9   10