Page 4 - "Xəzər"
P. 4
irdilər. Çox ləzzətliydi. Bu, ailə şənliyində atasının (o da risk eləməyi, odla
oynamağı xoşlayırdı) son iştirakı oldu. Vudi evin arxa tərəfində həşiş becərmək
fikrinə düşdü, ancaq Afrikadan gətirilmiş toxumlar cücərmədi. Əvəzində yaraşıqlı
“linkoln-kontinental”ını saxladığı anbarın arxasında çətənə ləki saldı. Vudi cinayətə
meylli adam deyildi, öz hərəkətlərini qanun maddələri ilə məhdudlaşdırmaq
istəmirdi. Sadəcə, bunu mənliyinə sığışdırmırdı.

Şükranlıq günündən sonra atası yavaş-yavaş sozalmağa başladı. İllərlə xəstə
yatdı. O, demək olar, xəstəxanadan çıxmır, göz önündə əriyib gedirdi. Atası
fikirlərini cəmləyə bilmirdi, ağrılarından düz-əməlli şikayət etməyi də bacarmırdı.
Bazar günləri, ağlı özünə qayıdan vaxtlarda, Vudi həmişə atasının yanında olurdu.

Morris əvvəllər həvəskar oyunçu olmuşdu, amma elə yaxşı oynayırdı ki,
Villi Hopps* (Amerikanın məşhur bilyardçısı) belə onunla hesablaşmalı olurdu. O,
artıq yüngül şarları da səbətə sala bilmirdi. İndi zərbə endirməyin yeni üsullarını
fikirləşib-tapmaqla məşğul idi. Polyak qızı Qalina – Morris onunla qırx il ər-arvad
kimi yaşamışdı – daha qocalıb əldən düşmüşdü, xəstəni yoluxmaq halında deyildi.
Odur ki, ataya yalnız Vudi baş çəkirdi. Vudinin xristianlığı qəbul etmiş anası da
qulluğa möhtac idi: qarının yaşı səksəni adlamışdı, günaşırı xəstəxanalıq olurdu.
Onların hamısı azarlıydı, xəstəliklərini sadalamaqla qurtarmaz – diabet, plevrit,
artrit, katarakta… Elektrokardiostimulyator gəzdirənlər də vardı. Hamısı öz canının
hayındaydı, can isə duruş gətirmirdi.

Vudinin iki qarımış bacısı vardı, ikisinin də yaşı əllini keçmişdi. Qatı dindar
həyatı sürən tərbiyəli, təmiz əxlaqlı bacılar anaları ilə birgə hələ də xristian
kottecində yaşayırdılar. Onların hamısının qeydinə qalmağı bütünlüklə öz üzərinə
götürmüş Vudi vaxtaşırı qızlardan birini (tez-tez azarladıqları üçün) psixiatriya
xəstəxanasına yerləşdirməli olurdu. Əlbəttə, ciddi rejimli xəstəxanadan söhbət
getmir. Qəşəng qadınlardı, cavanlıqda gözəlliklərindən göz doymazdı, gəl ki, ikisi
də havalıydı.

Bir-birinə düşmən kəsilmiş klanları – dinindən dönmüş anasını,
fundamentalist bacılarını, gözləri tutulana qədər qəzet oxuyan (yalnız idişcədə)
atasını, qatı xristian olan Qalinanı bir araya gətirmək mümkün deyildi. Qırx il əvvəl
   1   2   3   4   5   6   7   8   9