Page 160 - Əlifba
P. 160
Şahı dәrd götürdü. Necә etsin? Oğlunu necә yadelli hökmdarın ixtiyarına
versin? Axı oğul arxadır?!
Şah qәm dәryasına batdı. Bir qәdәr sonra özünü toplayıb:
– Nә deyirәm, verәk – dedi. – Tәki qan düşmәsin.
Çaparlar şahın oğlunu da götürüb apardılar.
Gözәl bir bahar günü idi. Çaparlar yenә yollarda duman qopardılar, özlәrini
şahın hüzuruna yetirib dedilәr:
– Xaqan sağ olsun! Hökmdar dedi ki, torpaqları azlıq edir. O, sizin
torpaqları istәyir.
Şahı od götürdü, qәzәb içindә: «Necә? Yadlar mәnim yurduma hakim
olmaq istәyirlәr?» – düşündü.
Әyanları öz mәslәhәtlәrini verdilәr:
– Vecsiz torpaqlardır, verәk getsin.
– Bu torpaqlarda kol-kos da bitmir.
– Torpaqlar şorandır, verәk.
Şah yumruğunu sıxıb ayağa qalxdı vә dedi:
– Ağ atı verdim, düşündüm, yaxşısını taparam. Övladımı verdim, dü -
şündüm, övlad da taparam. Amma torpağı vermәrәm! At da, oğul da mәnimki
idi. Torpaq xalqındır! O, bizә ulu babalarımızdan yadigar qalıb. Onun uğrunda
ölmәyә hazıram!
Sonra qılıncını sivirib hiddәtlә:
– Gәl, düşmәn! Gәl, sәnә özün boyda torpaq verәcәyәm! – deyә bәyan etdi.
Elin әli silah tutan oğulları şaha tәrәfdar çıxdılar, öz torpaqları uğrunda
döyüşüb, düşmәnә qalib gәldilәr.
1. Bu әhvalatdan nә anladın?
2. Qonşu dövlәtin hökmdarının mәqsәdi nә idi?
3. Әyanların torpaqları vermәk tәklifinә şah nә cavab verdi?
4. Elin oğulları nә etdilәr?
5. Şah niyә torpağı atından da, oğlundan da üstün tutdu?
6. «ulu» vә «vaxtaşırı» sözlәrinin mәnasını izah et.
Dәftәrinә köçür
Elin әli silah tutan oğulları şaha tәrәfdar çıx -
dılar, öz torpaqları uğrunda döyüşüb, düşmәnә
qalib gәldilәr.
160