Page 531 - antologiya - poeziya_175x250_Layout 1
P. 531
Akif ßhmÿdgil
Mәğlubiyyәt sevinci
Uğur dilәmәyә dәyәrmi sәnә?
Atmısan daşını uğursuzluğun.
Gündәlik qazancın – ucuz qәlәbә.
Yolunu gözlәyәn o boynubükük
“Ura”lar, “tәbrik”lәr düşüb qәlibә.
Daha ar bilirsәn sәhv elәmәyi,
Xırda sevinclәrә könül verәn kәs. 531
Axı, nә bilәsәn, hardan bilәsәn
Bәzәn hәyan olur mәğlubiyyәtin
Nә vaxtsa verdiyi әn acı bir dәrs.
Vurmusan tәrkini axtarışların,
Çünki nә vecinә – hәr şey bәllidir.
Çırpınmaq istәyin qıc olubdur, qıc!
Vәrdiş elәdiyin cılız qәlәbә
Başının altına qoyulan balınc.
Qәti bir döyüşә yollanmalısan
Sıyrılıb nә vaxtsa bәd şübhәlәrdәn.
Bәlkә, qazandığın bir mәğlubiyyәt
Uğurlu olacaq, ağır gәlәcәk
Hәr gün uğradığın qәlәbәlәrdәn.