Page 48 - antologiya - poeziya_175x250_Layout 1
P. 48
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Mәn ha sәni nuri-ilahi sannam,
Camalının şölәsinә dolannam.
Atәşinә mәrdü-mәrdanә yannam,
Bu xasiyyәt mәnә pәrvanәdәndir.
Bir namә yazmışam can üzә-üzә,
Badi-sәba, apar sәn o gül üzә,
Soruşsa yar ki, bu kimdәndir bizә?
Söylәgilәn: – Sizin divanәdәndir.
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalә tәk qızarmaq üz qaydasıdır,
48 Pәrişanlıq zülfün öz qaydasıdır,
Nә badi-sәbadan, nә şanәdәndir.
Müştaqdır üzünә gözü Vaqifin,
Yolunda payәndaz üzü Vaqifin,
Sәnsәn fikri-zikri, sözü Vaqifin,
Qeyri söz yanında әfsanәdәndir.
***
Ala gözlü, sәrvboylu dilbәrim,
Hәsrәtin çәkdiyim canan, bәri bax!
Gecә-gündüz fikrim-zikrim, әzbәrim,
Üzüldü taqәtim, aman, bәri bax!
Kim dözәr mәnim tәk belә firqәtә,
Rәncü mәşәqqәtә, bari-möhnәtә,
Haçandır düşmüşәm tari-zülmәtә,
Çәkilsin üstümdәn duman, bәri bax!
Payibәndәm, qәmi-eşqә giriftar,
Hicran atәşindәn can oldu bimar,
Razi-dilim edә bilmәm aşikar,
Çәkәrәm dәrdini pünhan, bәri bax!