Page 15 - "Xəzər"
P. 15
x dövlәtin tarixindә çox dәli anlar da bir gerçәk.
O dәli anlar, kim daha çox ağıllıysa yox tәk,
hәm dә ağıllı olduğu qәdәr dә dәliysә bәzәn daha haqq,
o yarı dәli, yarı ağıllı tarixdә, taxtda da ancaq,
çox vaxt o tarixә bәnzәr yarı ağıllı, yarı dәli oturacaq,

Çox şeydә – ölkәmiz,
ağıllılıqda da, elә dәlilikdә dә

dünyada әn zәngin bәlkә –
Koroğludan üzü bәri hәtta dәliliklә fәxr edәn tәk ölkә.

*** 15
2015
Bu dünyanın da yaşı, heç demәynәn, ancaq bircәcә anmış, o,
başqa dünyadan qalmış bir Ruhi dağ yanında yaranmış

Ancaq ruhunla bax, Vaqif Bayatlı Odәr. Şeirlәr
onda görәrsәn, duyarsan ancaq:
әbәdiyyәtdәn әbәdiyyәtә axır o dağ,
hәrdәn ona әbәdiyyәtin sahillәrindә
bir damlatәk ya bir dәniz,

ya da bir okean ilişib qalır,
hәrdәn dә indi yaşadığımız yox, hәrdәn duyduğumuz,
min illik, milyon, milyard illik ruhi ömürlәrimiz,

Hәrdәn dә ora әbәdiyyәtdәn
Əbәdiyyәt Tәnhası bir sәs uzanır:
“Göyüzü, bu ruha bir yüz il dә,
bir min il dә, bir milyon il dә süz,
o ruhasa süzmә, o ruh ölümsüz”.
   10   11   12   13   14   15   16   17   18   19   20