Page 17 - antologiya - poeziya_175x250_Layout 1
P. 17

Íèçàìè Ýÿíúÿâè




               ***

               Gecә xәlvәtcә bizә sevgili yar gәlmiş idi,
               Üzü aydan da gözәl nazlı nigar gәlmiş idi.

               Tәr axıb gül yanağından, bulud örtmüşdü ayı,
               Onu düşmәnmi qovub, könlü qubar gәlmiş idi?

               Ona mәn göz yetirib xәlvәti baxdım, baxdım,
               Ovçunun ovlağına körpә şikar gәlmiş idi.

               Uyuyub hәr ikimiz rahat olub bir yatdıq,
               Bәxtimin bağçasına güllü bahar gәlmiş idi.
                                                                                    17
               Dedi: “Getmәk dәmidir, söylә, nә istәrsәn, yar?”
               Bir öpüş istәdim ondan... Yeri var, gәlmiş idi.


               Ağlayıb getdi o yar, göz yaşı yandırdı mәni,
               Odlara yandı dilim, sanki şәrar gәlmiş idi.


               “Ey Nizami!” – dedi... Birdәn ayılıb, gördüm, o yox,
               Demә röyada bizә çeşmi-xumar gәlmiş idi.



               ***


               Ay üzlü nigarım, kimә mehman olacaqsan?
               Bir söylә, kimin şәninә şayan olacaqsan?

               Şahlıq çәtilin var başım üstündә bu axşam,
               Әnbәr çәtirinlә kimә sultan olacaqsan?

               Şәkkәr demәrәm mәn sәnә, ondan da şirinsәn,
               Dilbәr, necә bir bәxtәvәrә can olacaqsan?

               Zülmәt gecә, sәn nurlu çıraq, bәd gözә gәlmә!
               Ey abi-hәyat, sәn kimә canan olacaqsan?

               Getdin, necә bәs tab elәsin hicrә Nizami,
               O, xәstә ikәn, sәn kimә dәrman olacaqsan?
   12   13   14   15   16   17   18   19   20   21   22