Tanınmış İsrail yazıçısı Tərcümə Mərkəzində

Tanınmış İsrail yazıçısı Tərcümə Mərkəzində

Oktyabrın 3-də tanınmış İsrail yazıçısı, İsrailin Baş naziri Binyamin Netanyahunun qardaşı İdo Netanyahu və “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri Arye Qut Dövlət Tərcümə Mərkəzində olublar. Görüşdə Azərbaycan və İsrail xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətlərin­dən, Azərbaycan–İsrail ədəbi-mədəni əlaqələrindən, hər iki xalqı bir-birinə doğmalaşdıran mənəvi dəyərlərdən söz açılıb. İsrailin tarixi, elmi-mədəni, ədəbi irsi ilə bağlı Azərbaycan oxucusuna maraqlı olacaq bir sıra əsərlərin tərcümə və nəşr layihələri, eləcə də Azərbaycan ədəbiyyatını İsrail oxucusuna yaxından tanıdacaq Azərbaycan ədəbiyyatı nümunələrinin ivrit dilində İsraildə nəşri və digər bu kimi məsələlər müzakirə edilib.

Görüşün sonunda qonağa, Mərkəz tərəfindən Azərbaycanda nəşr edilmiş, tanınmış yəhudi yazıçısı Şolom Aleyxemin “Seçilmiş əsərləri” kitabı və “Tövrat”ın Azərbaycan dilinə çevrilmiş hissələri yer alan “Xəzər” dünya ədəbiyyatı jurnalının sayları hədiyyə edilib. 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.