Tərcümə Mərkəzi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

Tərcümə Mərkəzi VI Bakı Beynəlxalq  Kitab Sərgi-Yarmarkasında iştirak edir

Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. 81 yerli, 40 xarici nəşriyyatın və əlaqədar qurumların qatıldığı sərgidə yüzə yaxın yerli və dünya ədəbiyyatı  nəşrləri ilə Dövlət Tərcümə Mərkəzi də iştirak edib.

Sentyabrın 28-də Mərkəzə ayrılan sərgi seksiyasında “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində istedadlı gənc şair Şəhriyar Del Geraninin yaxın günlərdə işıq üzü görmüş “Gecəniz şeirə...” kitabının (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) təqdimatı keçiriləcək.

 

 

 

Qalereya

VƏ DİGƏR...