Azərbaycan Dövlət Tərcümə Mərkəzi Bakı Avrasiya Universitetində “Tərcümə problemləri” mövzusunda tədbir keçirib

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Bakı Avrasiya Universitetində “Tərcümə problemləri” mövzusunda tədbir keçirib

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Bakı Avrasiya Universitetində “Tərcümə problemləri” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Ümumi filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru  Elmira Məmmədova-Kekeç Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə sahəsində fəaliyyəti, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə keyfiyyətli tərcüməsi və nəşri ilə bərabər, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təbliği və yayılması istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən danışıb. Daha sonra tədbir iştirakçılarına Mərkəzin tanıtım çarxı nümayiş etdirilib. Sonra söz Mərkəzin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyevə verilib. Vilayət Hacıyev Mərkəzin son illərdə həyata keçirdiyi tədbirlərdən, beynəlxalq nəşr və tanıtım layihələrindən danışıb. Daha sonra Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid, Beynəlxalq əlaqələr şöbəsinin türk dili üzrə mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova tələbə və müəllimlərin suallarını cavablandırıblar.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...