Belarusun nüfuzlu informasiya vasitələri Azərbaycan poeziyasının Minsk təqdimatından yazdı
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində Belarusda ərsəyə gətirdiyi “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabının təqdimatı ölkənin nüfuzlu portallarında geniş işıqlandırılıb. Məlumatda deyilir:
“Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı XXVI Minsk Beynəlxalq Kitab sərgisi çərçivəsində Belarus Milli Kitabxanasında ölkə ictimaiyyətinə təqdim olunub. Tədbirdə Belarusun ədəbi ictimaiyyəti, mətbuat nümayəndələri, qiraət ustaları iştirak edib. Kitaba daxil edilən şeirləri Belarus dilinə tərcümə etmiş tanınmış şair-tərcüməçilər – Naum Qalperoviç, Tatyana Sivets, Yuliya Aleyçenko və Valeriya Sarotnik çıxış edərək, Azərbaycan–Belarus ədəbi-mədəni əlaqələrinin inkişafından, xalqlararası anlaşmanın körpüsü olan mübadilələrin müstəsna əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, kitaba – müasir Azərbaycan poeziyasının Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Arif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Kərim, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Fikrət Qoca, Mənsur Vəkilay, Musa Yaqub, Vaqif Səmədoğlu, Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Çingiz Əlioğlu, Vahid Əziz, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Eldar Baxış, Dinara Gərəkməzli, Zakir Fəxri, Vaqif Bayatlı Odər, Zəlimxan Yaqub, Adil Mirseyid, Əlisəmid Kür, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Salam Sarvan, Aqşin Yenisey, Könül Arif, Leyla Əliyeva kimi ədəbi simaların şeirləri toplanıb.
(ardını linklərdə oxu)
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...