“Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada nəşr olundu
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi növbəti beynəlxalq nəşr layihəsi – “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada işıq üzü görüb.
İyirmi səkkiz hekayədən ibarət kitabda klassik və çağdaş Azərbaycan ədəbiyyatının nümunələri – İsmayıl bəy Qutqaşınlı, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Şahmar, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, İlqar Rəsul, Şərif Ağayar və digər yazıçıların əsərləri toplanıb.
Kitabın redaktoru Ghita Belgued, “Ön söz”ün müəllifi akademik Nizami Cəfərovdur.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...