Tərcümə praktikası

Tərcümə praktikası

Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə tərcümə işinin təkmilləşdirilməsi, peşəkar tərcüməçi kadrlarının yetişdirilməsi istiqamətində ali təhsil ocaqlarından tərcümə praktikasına göndərilən tələbələrlə, mütəmadi olaraq, istehsalat təcrübəsi işi aparır.

Tələbələr bu müddət ərzində peşəkar mütəxəssislərin tərcümə işinə yanaşma prinsipləri ilə tanış olur, tərcümənin məhdud sahələr və dillər üzrə nəzəri və praktiki istiqamətləri  ilə bağlı müvafiq bilik və  bacarıq  əldə edirlər.
Tərcümə praktikasının, gələcək tərcüməçilərə sahə seçimi və bacarıq imkanlarının müəyyən edilməsi üzrə əhəmiyyətini nəzərə alaraq, istehsalat təcrübəsinin yeni formatlarda keçirilməsi üzrə işlər davam etdirilir.

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...