Bertold Brext Azərbaycan dilində

Bertold Brext Azərbaycan dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – məşhur dramaturq, şair, nasir,  teatr nəzəriyyəçisi Bertold Brextin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Kitaba dramaturqun, dünyanın bir sıra teatrlarında tamaşaya qoyulmuş ən məşhur dörd pyesi  – Kuraj ana və uşaqları,Qalileyin həyatı,Üçquruşluq operaO əsgər olmasın, bu əsgər olsun əsərləri daxil edilib.

XX əsrin əvvəllərində Avropada teatr islahatçısı kimi tanınan Brextin başlıca yaradıcı ideyası – tamaşaçının romantik emosiyalarını “cilovlamaq”, onu real həqiqətlərə dayaqlanmayan duyğusal aləmdən ayırmaqdır. Yazıçı, əsərlərində süni gərginlik yaradan qarşıdurmalardan imtina edir, dramatizmin sonqlar (nəğmələr) və parodiyalarla, birbaşa publisistik müdaxilələrlə təmin edilməsinə üstünlük verir.

                                                                                                                       Əsərləri dilimizə İlqar Əlfioğlu tərcümə edib.

                                                                                                                       Kitabın redaktorları Salam Sarvan və Nəriman Əbdülrəhmanlıdır.

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...