“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının onlayn versiyası oxucuların ixtiyarına verildi

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının onlayn versiyası oxucuların ixtiyarına verildi

Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi münasibəti ilə nəşr edilmiş “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının onlayn versiyası “Açıq kitab” elektron kitabxanası oxucularının ixtiyarına verilib.

Müəllifi tanınmış Sloveniya yazıçısı Peter Amalietti olan kitab qəhrəmanın II Dünya müharibəsi illərində Yuqoslaviyada keçmiş rəşadətli döyüş yolunun canlı şahidlərinin – sloveniyalıların söylədiyi xatirələr, sənədli mətn və materiallar əsasında tərtib edilib.

Kitabxana izləyiciləri Mərkəzin www.achiqkitab.az saytına daxil olaraq nəşr­­­­­dən pulsuz yarar­la­na bilərlər.

 

VƏ DİGƏR...