İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının rəsmisi Tərcümə Mərkəzində

İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının rəsmisi  Tərcümə Mərkəzində

Dekabrın 20-də Beynəlxalq əlaqələr üzrə ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri Arye Qut Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan və İsrail arasında daim mövcud olmuş dostluq və qardaşlıq münasibətlərin­dən, hər iki xalqı bir-birinə doğmalaşdıran əbədi mənəvi dəyərlərdən söz açılıb. Tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım aktları, Xocalı faciəsi, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri  digər cinayətlərin dünya ictimaiyyə­ti­nə çatdırılmasının vacibliyi qeyd edilib.

Qonaq Xocalı qətliamından bəhs edən, müəllifi olduğu “Ağrı” əsərini tərcümə olunması üçün Mərkəzin sədri Afaq Məsuda təqdim edib.

Afaq Məsud:Bu mövzu nə qədər ağrılı olsa da, daim diqqətimizdədir. Bu dəhşətli hadisələr barədə həqiqətləri Mərkəz mütəmadi olaraq, 9 dildə yayımlanan saytları vasitəsi ilə beynəlxalq aləmə çatdırır. Bu il Xocalı faciəsiylə bağlı sənədli xronika, fotolar və şahid ifadələri ilə hazırladığımız “Xocalı – şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dilinə tərcümə edib nəşrə hazırlamışıq. Kitabın müəllifi – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Bu kitabların dünyanın bir çox ölkələrində, beynəlxalq kitab sərgilərində təqdimatlarını təşkil etməyi, Mərkəzin sıx əməkdaşlıq əlaqələrində olduğu müvafiq qurumlar vasitəsi ilə xarici universitetlərə, kitabxanalara, eləcə də kütləvi informasiya vasitələrinə çatdılmasını nəzərdə tuturuq. Qələmə aldığınız “Ağrı” əsərinə görə isə sizə dərin minnətdarlığımı bildirirəm. Bu kitabı təmənnasız olaraq, Azərbaycana duyduğunuz sevginizlə ərsəyə gətirməyiniz, düşünürəm, bütün insanlığa örnək olacaq nümunə, bir mesajdır”.     

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan – tanınmış yəhudi yazıçısı Şolom Aleyxemin “Seçilmiş əsərləri” kitabı və “Tövrat”ın Azərbaycan dilinə tərcüməsinin yer aldığı “Xəzər” dünya ədəbiyyatı jurnalı hədiyyə edilib. 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.