“Xəzər” dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görüb

“Xəzər” dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görüb.
Dərgi Ramiz Rövşənin tərcüməsində Vladimir Mayakovski və Marina Svetayevanın şeirləri ilə açılır. Zakir Fəxrinin tərcüməsində Ceyms Raytın poeziyasından nümunələr, Afaq Məsudun tərcüməsində İbn Ərəbinin “Məkkə açıqlamaları” əsəri təqdim olunur.
“Nobel kürsüsü” rubrikasında Patrik Modianonun müsahibəsi və “Tanımadığımız qadınlar” romanından parça (tərc. İlqar Əlfi.), “Buker mükafatları laureratları” rubrikasında Piter Kerinin müsahibəsi və “Qərbdə yel dəyirmanı” hakayəsi (tərc. Ülkər Nəsibbəyli), “Servantes mükafatı laureatları” rubrikasında isə Ernesto Sabatonun “Tunel” romanı (tərc. Saday Budaqlı) yer alır.
Rövşən Ramizoğlunun tərcüməsində Çe Gevaranın “Boliviya gündəliyi”, Zahid Sarıtorpağın çevirisində Konstantin Korovinin “Çexovla görüşlərimdən” adlı memuar ədəbiyyatı nümunələri ilə tanış ola bilərsiniz.
“Türk qardaşlarımız” rubrikasında Nəsrin Ərbilin şeirləri (tərc. Tofiq Qaraqaya), “Korifeylər”də isə F.M.Dostoyevskinin “Timsah” hekayəsi (tərc. Etimad Başkeçid), hekayə həvəskarlarını, R.M.Rilkenin, M.İ.Svetayevanın və B.L.Pasternakın yazışmaları (tərc. Əhməd Oğuz) isə epistolyar janrı sevənləri sevindirəcək. “Səhnə ədəbiyyatı” rubrikasında Aleksandr Mardanın “Müqəddəs Valentin gecəsi” pyesi (tərc. Yaşar.) yer alıb. Dərgidə Milan Kunderanın “Yetmiş üç söz” (tərc. Nəriman Əbdülrəhmanlı) essesi və “Klassik hekayələr” rubrikasından Kamilo Xose Selanın “Blanşar küçəsində sirli qətl” hekayəsi də (tərc. Mahir.N.Qarayev) təqdim edilir.

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.