Azərbaycan Tərcümə Mərkəzinin nəşrləri BSU-da təqdim olundu

Azərbaycan Tərcümə Mərkəzinin nəşrləri BSU-da təqdim olundu

Bakı Slavyan Universitetində çağdaş Ukrayna ədəbiyyatının tanınmış simaları Vladimir Danilenko və Nikolay Xomiçlə görüş olub. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanla Ukrayna arasında münasibətlərin qədim tarixə malik olduğunu bildirib, xalqlarımız arasındakı çoxəsrlik yaxın dostluq ənənələrinin bu gün də davam etdiyini, mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib. Rektor BSU-da 2001-ci ildə yaradılmış Ukrayna Tədris – Mədəniyyət Mərkəzinin ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verdiyini, hazırda universitetdə Ukrayna dilini və ədəbiyyatını öyrənən tələbələrin bu sahədə mükəmməl bilgilərə malik olmaları üçün Ukraynanın tanınmış universitetlərindən mütəxəssislərin dəvət olunduğunu vurğulayıb.

Ukraynalı qonaqlar Vladimir Danilenko və Nikolay Xomiç BSU-da Ukrayna dilinə və mədəniyyətinə göstərilən diqqəti yüksək qiymətləndirərək, Ukraynanın çağdaş ədəbiyyatının Azərbaycan Tərcümə Mərkəzi tərəfindən davamlı şəkildə işıqlandırılmasını Azərbaycanda Ukrayna ədəbiyyatına verilən qiymətin göstəricisi kimi dəyərləndiriblər.

Müəlliflər əsərlərinin Azərbaycan Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilinə yüksək peşəkarlıqla tərcümə olunduğunu diqqətə çatdırıblar, kitablarının təqdimatının BSU-da geniş auditoriya qarşısında təşkil olunduğuna görə Mərkəzlə bərabər, universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra ukraynalı yazıçılarla BSU-da ukrayna dili üzrə təhsil alan tələbələr arasında görüş keçirilib.

 

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...