Seçim turlarının müddəti uzadıldı

Seçim turlarının müddəti uzadıldı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (AzTC) dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması (müqavilələr əsasında əməkdaşlıq məqsədi ilə) üzrə seçim turları təşkil  edir.

Turlarda ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə dil və tərcümə qabiliyyətinin yoxlanılması, mütəxəssislərin sertifikatlaşdırılması nəzərdə tutulur.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlər  mart ayının 1-dək  Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri,  Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. 2 ədəd (3x4) fotoşəkil;

3. CV

Qeyd: Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir.

Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 123)

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.