Tərcümə Mərkəzinin əməkdaşları Türkiyədəki Beynəlxalq Tərcüməçilər və Tərcümə Təşkilatları Federasiyasının başqanı ilə görüşüblər

Tərcümə Mərkəzinin əməkdaşları Türkiyədəki Beynəlxalq Tərcüməçilər və Tərcümə Təşkilatları Federasiyasının başqanı ilə görüşüblər

Azərbaycan  Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Türkiyəyə ezam olunmuş əməkdaşları Etimad Başkeçid və Fərid Hüseyn tərcümə məsələləri ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə fəaliyyət göstərən təşkilatlarla əlaqələrin qurulması məqsədi ilə Türkiyədəki Beynəlxalq Tərcüməçilər və Tərcümə Təşkilatları Federasiyasının başqanı Ahmet Varolla görüşüblər. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Ahmet Varol Azərbaycan Tərcümə Mərkəzinin yaradılmasını Azərbaycan dövlətinin tarixi zərurətdən doğan mühüm addımı kimi qiymətləndirib: “Heç kəsə sirr deyil ki, müasir dünyada tərcümə məsələlərinə böyük diqqət ayrılır. Çünki tərcümə fəaliyyətinin məğzində müxtəlif sferalar üzrə səmərəli beynəlxalq əlaqələrin qurulması, oxucuların keyfiyyətli əsərlərlə təmin edilməsi və nəticədə beynəlxalq arenada ölkənin etibarının yüksəldilməsi məsələləri dayanır. Bədii tərcümə bu istiqamətdə aparılan işlərin yalnız bir qoludur. Biz biznes strukturlarının min səhifəlik müqavilələrindən tutmuş, məhkəmə çəkişmələrinin sənədlərinə qədər müxtəlif məzmunlu mətnlər tərcümə edirik. Geniş tərcümə şəbəkəmiz mövcuddur.

Hazırda federasiya dünyanın 191 dilindən türkcəyə tərcümələr edir. Həmçinin, Türkiyə Tərcüməçilər Dərnəyi nəşriyyatlar arasında plagiat məsələləri ilə bağlı konflikt situasiyalarda rəy verən tərəf kimi böyük nüfuz sahibidir”.

Görüşün sonunda Ahmet Varol Azərbaycan Tərcümə Mərkəzi ilə yüksək  səviyyədə əməkdaşlığa hazır olduqlarını bildirib.

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.