Matilda Urrutia – “Pablo Nerudayla yaşanan ömür”
Bu müəllifin adı Azərbaycan oxucusuna tanış olmaya bilər, lakin Matilda Urrutianın böyük Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Nerudanın həyat yoldaşı olması onun qələmə aldığı bu bioqrafik əsəri də çox cəlbedici edir. Axı söhbət böyük şairin 20 ildən artıq sirdaşı olmuş, birlikdə çox zəngin ömür yaşadığı bir qadının yazdıqlarından gedir.
Matilda Urrutianın əsl qiymətini bilmək üçün onun haqqında Pablo Nerudanın yazdıqlarına müraciət etmək yerinə düşər:
"Matilda barədə deyə biləcəklərimin hamısını "Məhəbbət haqqında yüz sonet" kitabımda yazmışam. Ola bilər ki, şeirlər Matildanın mənim üçün kim olduğunu ifadə edə bilib. Bizi torpaq və həyat birləşdirdi. Bu, çoxları üçün maraqlı olmasa da, biz xoşbəxtik. Vaxtımızın çox hissəsini Çilinin xəlvət sahillərində birgə keçiririk. Bəzən vəhşi, tənha okeanımızdan ayrılıb, səsli-küylü şəhərə, hər ikimizin darıxdığı, başqalarının dərd-sərli həyatlarının əyani şahidinə çevrildiyimiz dəli şəhərə - Santyaqoya getməli oluruq... Mən yazdıqlarımın hamısını ona həsr edirəm. Elə çox yazmasam da, o, razı qalır..."
VƏ DİGƏR...
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...
-
Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.