Tərcümə Mərkəzi növbəti mövsüm üçün ixtisasartırma və dil kurslarına qəbul elan edir
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə təşkil etdiyi kurslara qəbul elan edir.
Kurslar iki istiqamətdə fəaliyyət göstərir:
1. İxtisasartırma kursları - aşağıdakı dillər və sahələr üzrə təşkil edilir:
Xarici dil
|
İxtisasartırma mövzusu
|
|||
İngilis dili
|
Media
|
Rəsmi, hüquqi sənədləşmələr |
- |
- |
Fransız dili
|
Media |
Rəsmi, hüquqi sənədləşmələr |
|
|
Alman dili
|
- |
Rəsmi, hüquqi sənədləşmələr |
- |
- |
İtalyan dili
|
Media
|
Rəsmi, hüquqi sənədləşmələr
|
Tibbi materialların tərcüməsi
|
|
İspan dili
|
Media
|
Rəsmi, hüquqi sənədləşmələr
|
- |
Politologiya sahəsində materialların tərcüməsi
|
Azərbaycan dilindən rus dilinə tərcümə
|
Poeziya, nəsr və publisistika |
Tərcümə materiallarının redaktəsi |
- |
- |
Türk dili
|
Bədii və humanitar sahələr üzrə tərcümə
|
Rəsmi, hüquqi sənədləşmələr
|
- |
- |
Fars dili
|
- |
Rəsmi, hüquqi sənədləşmələr
|
- |
- |
Ərəb dili (Kurs dil daşıyıcısı və təcrübəli mütəxəssislər tərəfindən aparılır) |
Media, bədii və humanitar sahələr |
Rəsmi, hüquqi sənədləşmələr
|
|
Siyasət, iqtisadiyyat və maliyyə
|
|
|
|
|
|
2. Dil kursları - müxtəlif səviyyələr və aşağıdakı dillər üzrə təşkil edilir:
İngilis
Alman
Fransız
İspan
İtalyan
Rus
Türk
Fars
Ərəb
Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə - tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır.
Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır.
Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud kağız formatında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.
Kurslara qeydiyyat üçün müvafiq sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti
2) 2 ədəd fotoşəkil
3) CV
Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.
E-mail: idk@aztc.gov.az
Əlaqə telefonu: (+994 12) 595-10-69
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...