Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

Gürcüstanın populyar “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Nüsrət Kəsəmənlinin gürcü dilinə tərcümə olunmuş “Biri vardı, biri yox”, “Köhnə və təzə”, “Qar kimi”, “Paradoks”, “Kirayə yataq”, “Göndərilməyən məktub”“Dörddivar mənzillərdə” şeirlərinin yayınına başlayıb.   

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.

Qeyd edək ki, Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin elektron portalı “1 TV. Eleqtroliti” mütəmadi olaraq səhifələrində Ömər Xəyyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rolf Lappert, Peter Handke, Lev Rubinşteyn, Con Maksvell Kutzee kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

https://1tv.ge/elit/simgerebi/

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...