Tərcümə Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi Şurasının növbəti toplantısı baş tutub. Toplantıda “Ölkənin ali təhsil ocaqlarında tərcüməçilik ixtisasının tədrisi” mövzusunda müzakirələr aparılıb. Tərcümə sahəsində yaşanan problemlər, tərcümə ixtisasına yiyələnmək üzrə olan qabiliyyətli tələbələrin, təhsilini yarıda kəsib xarici ölkələrdə davam etdirməsi, tərcüməçilik ixtisası tədrisinin yenidən, beynəlxalq standartlara uyğun şəkildə qurulması, sinxron və ikinci dilin tədrisi üzrə təhsil bazasının yaradılması, professor-müəllim heyətinin xarici ölkələrdə ixtisasartırma təhsilinə cəlb edilməsi, Azərbaycan dili və ədəbiyyatı fənlərinin yazılı və şifahi tədrisinin zəruriliyi, ölkənin bütün sahələrində anlaşılmazlıq və xətalar törədən tərcüməçilərin müvafiq qurumun xüsusi razılığı əsasında fəaliyyət göstərməsinin vacibliyi və sair bu kimi məsələlərə toxunulub.
Tədbirdə Mərkəzin Elmi Şurasının sədri, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Şuranın üzvləri – Azərbaycanın Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, ADU-nun rektoru Səməd Seyidov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Turizm Universitetinin rektoru Cəfər Cəfərov, Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali Təhsil İdarəsinin müdiri Natiq Əliyev, professor Vilayət Hacıyev və başqaları iştirak ediblər.
İclas haqqında geniş material “Aydın Yol” qəzetinin növbəti sayında nəşr olunacaq.
Qalereya
VƏ DİGƏR...
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...
-
Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.