Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabı ilk dəfə Azərbaycan dilində

Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabı ilk dəfə Azərbaycan dilində

   Görkəmli Ukrayna şairi, yazıçı, tərcüməçi, romantizm və tənqidi realizm janrının parlaq nümayəndəsi Lesya Ukrainkanın 150 illik yubileyi münasibətilə Ukrayna Kitab İnstitutu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi elan olunmuş Azərbaycan Dövlət Tərcümə Mərkəzi şairin seçmə şeirlərinin toplandığı “Meşə nəğməsi” kitabını Azərbaycan dilinə tərcümə və nəşr edib.

  Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan poetik toplunu ukrain dilindən sətri tərcümə əsasında tanınmış Azərbaycan şairi Salam Sarvan çevirib.

  Kitabın Ön sözünün müəllifi Püstə Axundova, redaktoru Bəhlul Abbasovdur.

  Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

 

Lesya Ukrainka


*   Görkəmli Ukrayna şairi;

*   1871-ci ilin 25 fevralında Volın quberniyasında (indiki Jütomir vilayəti) zadəgan ailəsində anadan olub;

*   müxtəlif janrlarda (poeziya, epos, dram, nəsr) əsərlər yaradıb;

*   ­­­XX əsrin əvvəlində Ukrayna milli hərəkatının fəal üzvlərindən olub;

“Mahnı qanadlarında” (1893), “Düşüncələr və arzular” (1899), “Köhnə nağıl” (1893), “Kassandra” (1903–1907) kimi şeir kitablarının müəllifidir;

*  Ukraynada aparılan sorğular nəticəsində Lesya Ukrainkanın, Taras Şevçenko, Boqdan Xmelnitski kimi böyük tarixi şəxsiyyətlərlə bir sırada yer aldığı aşkar edilib;

*   şair 1913-cü il avqustun 1-də 42 yaşında Tbilisidə vəfat edib.

 

   Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar

 

“Libraf”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

 Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi

 Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.