“Leyli və Məcnun” Lvov Beynəlxalq Kitab Forumunda

“Leyli və Məcnun” Lvov Beynəlxalq Kitab Forumunda

   Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabı XXVIII Lvov Beynəlxalq Kitab Forumunda (“Lvov Book Forum”) forum iştirakçılarına təqdim olunub. Ukrayna Mədəniyyət Fondu, Lvov Şəhər Şurası və Lvov Regional Dövlət İdarəsinin dəstəyi ilə keçirilən “Lvov Book Forum” təkcə Ukraynanın deyil, Mərkəzi və Şərqi Avropa üzrə keçirilən ən böyük kitab forumları siyahısındadır.

   Proqram çərçivəsində 80-ni onlayn olmaqla, 160 tədbirdə 21 ölkədən 250-dən çox müəllif, naşir, tərcüməçi və mədəniyyət menecerləri iştirak edib. 50 mövzuda dəyərli masa və müzakirələr təşkil edilib.

   Forumun builki fəxri qonağı – Polşa yazıçısı, Nobel mükafatı laureatı Olqa Tokarçuk, xüsusi qonağı – Auşvits əsir düşərgəsindən bəhs edən məşhur “Seçim” kitabının müəllifi 93 yaşlı psixoloq Edit İva Eger olub. 

   Forum çərçivəsində təqdimatı keçirilən “Leyli və Məcnun” kitabı ilə yanaşı, tədbirdə Nizami Gəncəvinin zəngin ədəbi irsindən, ukrain dilinə tərcümə olunmuş əsərlərinin Ukraynada tədqiqindən, Nizami şeiriyyətinin ukrain dilinə verdiyi töhfələrdən söz açılıb, ukrain dilində Ukraynada ərsəyə gətirilmiş “Müasir Azərbaycan poeziyası antologiyası”İmadəddin Nəsiminin “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum...”), Salam Sarvanın “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdı dünya”) və Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabları sərgilənib.

 

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.