Dövlət Tərcümə Mərkəzi şifahi tərcümə üzrə Seçim Turları təşkil edir

Dövlət Tərcümə Mərkəzi şifahi tərcümə üzrə Seçim Turları təşkil edir

   Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə Seçim Turlarının növbəti mərhələsinə start verdi. 

   Turlar ingilis dili üzrə ictimai-siyasi sahədə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

   Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlərin bu ilin 30 sentyabr tarixinədək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri,  Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi xahiş olunur.

 

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. CV.

 

Qeyd:   1. Turlarda iştirak ödənişlidir.

Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)

 

 

 

 

 

VƏ DİGƏR...