Markesin ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu

Markesin ikicildlik “Seçilmiş əsərləri” nəşr olundu

    150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünya şöhrətli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

    Kitabın “Hekayələr”, “Romanlar”, “Söhbətlər, müsahibələr” adlı fəsillərdən ibarət I cildinə yazıçının “Dünyanın ən gözəl ölüsü”, “İsabel Makondada yağışa baxır”, “Montyelin dul qadını”, “Üçüncü itaət”, “Süni qızılgüllər”, “Polkovnikə məktub yoxdur”, “Gəmidən dənizə düşən adamın tarixçəsi”, “Küskün gözəlçələrimi xatırlayıram” kimi məşhur roman və hekayələri, ədəbiyyat, sənət, həyat haqqında söhbət və müsahibələri daxil edilib.

    İkinci cilddə yer almış “Patriarxın payızı” “Gözlənilən bir qətlin tarixçəsi” romanları “Latın Amerikasının tənhalığından keçən dünyanın ən məşhur yazıçısı” adlı Ön söz və Venesuela yazıçısı Migel Otero Silva ilə Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanı haqqında düşüncələri ilə təqdim olunub.

    Əsərləri Azərbaycan dilinə – İshaq İbrahimov, Əkrəm Əylisli, Afaq Məsud, Natiq Səfərov, Arif Əmrahoğlu, Saday Budaqlı, Mahir N.Qarayev, N.Əbdülrəhmanlı kimi tanınmış yazıçı və tərcüməçilər çevirib.

    Kitabın redaktoru – Bəhlul Abbasov, izah və qeydlərin müəllifi – Mahir N.Qarayevdir.

    Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

 

 

VƏ DİGƏR...

  • İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında

    Küveytin “Fikr-Hur”, Əlcəzairin “alharir.info”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı İkinci Mahmudun ərəb dilinə tərcümə olunmuş “Yersiz ölüm” hekayəsinin yayınına başlayıb.

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.