Tərcümə Mərkəzi London Kitab Sərgisində

Tərcümə Mərkəzi London Kitab Sərgisində

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 14-16 aprel tarixlərində Böyük Britaniya Krallığında keçirilən London Kitab Sərgisində iştirak edir. Mərkəzin sərgidə Azərbaycan dilinə tərcümə edilən kataloqları, “Tərcümə Mərkəzinin Kitabları” seriyasından nəşrləri, “Xəzər” dünya ədəbiyyatı jurnalının son nömrələri, eləcə də ingilis dilində nəşr  edilən “Candles” (Müasir Azərbaycan şeir antalogiyası) kitabı və s. maraqlı nəşrlər nümayiş etdirilir. Mərkəz Böyük Britaniya Krallığının “English Pen” Free Word Centre (Azad Söz Mərkəzi), habelə digər tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq görüşləri keçirəcək.

Sərginin açılışında Azərbaycanın Böyük Britaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib. Mərkəzin direktoru A.Məsud cənab səfir T.Tağızadə ilə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına aid nəşrlərin Böyük Britaniyada yayılması və nəşri, ölkəmizin təbliğatı istiqamətində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığıyla qurulan Azərbaycan stendində dövlətçilik, Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına dair kitablar sərgilənir.

Sərgidə ölkəmizi Tərcümə Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi,  Azərbaycan Milli Kitabxanası nəşriyyatlarının nümayəndə heyəti təmsil edir. 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.