Kiyevdə şair Salam Sarvanla görüş keçirilib

Kiyevdə şair Salam Sarvanla görüş keçirilib

   Kiyev Milli Dilçilik Universitetində tanınmış Azərbaycan şairi Salam Sarvanla görüş keçirilib. Görüşdə şairin yaradıcılığı, ötən il ukrain dilində Kiyevdə işıq üzü görmüş, Ukrayna oxucuları tərəfindən maraqla qarşılanmış “І потонути неможливо, неглибокий цей світ...” (“Boğulmaq da olmur, dayazdır dünya”) kitabı ətrafında fikir mübadiləsi aparılıb. Görüşün moderatoru–Dövlət Tərcümə Mərkəzinin Ukrayna layihələri üzrə məsul katibi Marina Qonçaruk Mərkəzin Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrdən–Azərbaycan dilində Bakıda nəşr olunmuş müasir Ukrayna poeziyası antologiyası, ukrain dilində Kiyevdə işıq üzü görmüş Azərbaycan poeziyası antologiyasından söz açıb.  

   Universitetin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, filologiya elmləri namizədi Anastasiya Pojar xalqları ədəbiyyatları vasitəsilə bir-birinə yaxınlaşdıran belə tədbirlərin əhəmiyyətindən danışaraq ukraynalıların, Azərbaycan xalqı, onun milli xüsusiyyətləri, mədəniyyəti, özünəməxsusluğu haqqında ən dəqiq məlu-matı Azərbaycan ədəbiyyatından aldığını bildirib. 

   Ümumdünya Poeziya Festivalının qalibi, tanınmış Ukrayna şairi Lesya Mudrak Salam Sarvanın şeirlərini tərcümə edərkən keçirdiyi hisslərdən, şairin özünəməxsus düşüncə tərzindən danışıb: “Bu yaradıcılıq, ətrafımızda hər gün gördüyümüz reallıqlarla bağlı olsa da, bütün bu yeknəsəqliyin içindən tamamilə fərqli bir gerçəkliyi üzə çıxarır. Ukrayna oxucusu bu şeirlərdə, ənənəvi semantika sərhədlərini xeyli genişləndirən, ən adi təzahürlərdə belə, peşəkar şair gözü ilə heyrətamiz çalarlar tutan, ənənəvi poetizmləri gözlənilməz məna və baxış bucaqlarından təqdim edən bir şairlə tanış olacaq”.

   Daha sonra Salam Sarvan Azərbaycan ədəbi prosesinin özəlliyi, şairin yaradıcılıq yolu, şeirlərinin estetik məziyyətləri ilə bağlı auditoriyanın suallarını cavablandırıb. 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.