Fidel Koloma: “Çili–Azərbaycan ədəbi əlaqələrinin qurulması işinə töhfəmizi verməliyik”

Fidel Koloma: “Çili–Azərbaycan ədəbi əlaqələrinin qurulması işinə töhfəmizi verməliyik”

  İyunun 17-də Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Fidel Koloma Dövlət Tərcümə Mərkəzində olub.

  Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Çili ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Çili ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

    Cənab Fidel Koloma: “Çili ədəbiyyatının parlaq siması Pablo Nerudanın, eləcə də digər Çili şair və yazıçılarının yaradıcılığının Mərkəz tərəfindən, artıq 90-cı illərdən Azərbaycanda işıqlandırılmasını yüksək dəyərləndiririk. Azərbaycan ədəbiyyatının Çilidə və digər Latın Amerikası ölkələrində yayımlanması işinə də  xüsusi önəm veririk. Bu işi Mərkəzlə Çilinin müvafiq strukturları və təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindəyik. Çili Xarici İşlər Nazirliyinin, bilavasitə bu məsələlərlə məşğul olan Mədəniyyət şöbəsinin də bu layihələrə cəlb edilməsini vacib bilirik”.

     Görüşün sonunda qonağa Pablo Nerudanın “Ümidsizlik nəğməsi” kitabı təqdim edilib.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.