“Ədəbi düşüncələr” kitabı nəşr olundu

“Ədəbi düşüncələr” kitabı nəşr olundu

     Azərbaycanın xalq yazıçısı Elçinin “Ədəbi düşüncələr” kitabı (ADTM) işıq üzü görüb.

  “Bir daha “Ədəbi düşüncələr” haqqında”, “Ədəbi düşüncələr necə yarandı", “Bəzən istedad gözəgörünməz olur”, “Ədəbi düşüncələr”də  haqqında bəhs olunan yazıçılar, şəxsiyyətlər, bəzi konkret əsərlər”, “Qeydlər” adlı bölümlərdən ibarət kitabda müəllif ədəbiyyat, mədəniyyət, sənət haqqında düşüncələrini bölüşür, Azərbaycanda və dünyada baş verən ədəbi-mədəni prosesləri, yazıçıların, şairlərin həyat və yaradıcılığını dərindən təhlil edir.

     Kitabın redaktoru Yaşar Əliyevdir.

     Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.


Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

“Libraf”

“Kitabevim.az”

 “Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

 

 

VƏ DİGƏR...

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.

  • ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı

    Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.