“Azərbaycan–ispan danışıq kitabçası” nəşr olundu

“Azərbaycan–ispan danışıq kitabçası” nəşr olundu

    Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan–ispan danışıq kitabçası” işıq üzü görüb. Kitabça İspaniya və ispandilli ölkələrə işgüzar, turist səfərinə gedənlər, eləcə də ispan dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün nəzərdə tutulub.

    Kitabçaya daxil edilən söz və ifadələr  “Əsas ifadələr”, “Gediş və gəliş”, “Mehmanxanada”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Əlaqə vasitələri”, “Tibbi yardim”, “Alış-veriş və xidmətlər”, “Saylar”, “Vaxt və tarix”  adlı bölümlər üzrə təqdim edilib.

     Kitabın tərtibçisi – Mərkəzin İspaniya–Azərbaycan ədəbi əlaqələri üzrə koordinatoru Aysel Əliyeva, redaktorları – Belqrad Universitetinin ispan dili üzrә mühazirәçisi Francisco Capilla Martín Bәhlul Abbasovdur.


Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

“Libraf”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

 Prezident Aparatının Kitab evi

 Azərbaycan Dillər Universitetinin satış köşkü

 “Pero” kitab mağazası

 “Oxumalı” kitab evi

 “Lider” kitab evi

 

 

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.